Sabiq futbolçusundan “İnterə” tövsiyə: Onu yox, “Real”dan bu oyunçunu alın
Sabiq argentinalı hücumçu Julio Kruz “İnter”də görmək istədiyi oyunçunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, “Neradzurri” “Komo”dan Nikolas Pası transfer etməkdə maraqlıdır, lakin hücumameyilli yarımmüdafiəçinin hüquqlarının yarısı “Real Madrid”ə məxsusdur.
Buna görə də Kruz milanlılara Franko Mastantuonoya yatırım etməyi məsləhət görüb.
“Pası bəyənirəm, amma bilirəm ki, “İnter” üçün belə bir transferi həyata keçirmək çətin olacaq, çünki “Real Madrid” onu transfer edəcək. Mastantuono başqa bir hekayədir. O, həm də çox yaxşıdır, amma hazırda “Real Madrid”də problemləri var, ona görə də onu cəlb etmək daha asan olacaq”, – deyə 2003-2009-cu illərdə “İnter”də oynamış keçmiş hücumçu “Sky Sport”a bildirib.
Franko Mastantuono “River Pleyt”dən transfer olunduqdan sonra debüt mövsümündə “Real”ın start heyətində yer ala bilməyib.
Aut.az
