Ağladı: “Yunayted”də nə çəkdiyini ailəm bilir
Antoni “Mançester Yunayted”dən transfer olunduqdan sonra “Betis”dəki təqdimat mərasimində göz yaşlarına boğulub.
Aut.az xəbər verir ki, transfer pəncərəsinin son günündə braziliyalı cinah oyunçusu 22+3 milyon avroya “Betis”ə keçib.
“Sevilya Mançesterdən daha gözəldir. Nəhayət, buradayam. 40 gündən çox oteldə qaldım, çox çətin idi. Amma hamı bilirdi ki, “Betis”ə qayıtmaq istəyirəm. Çox çətin idi, amma indi buradayam.
Yenidən “Betis” formasını geyinmək üçün səbirsizlənirəm və bunu mümkün edən hər kəsə yalnız təşəkkür edə bilərəm.
Sevgi mənim üçün çox önəmlidir və onu pulla almaq olmaz. “Betis”ə qayıtmaq üçün son günə qədər gözlədim. Şəhərdə də, sevdiyim klubda da xoşbəxtəm.
“Mançester Yunayted”də mənim üçün nə qədər çətin olduğunu ancaq ailəm bilir. Qalanlardan ayrı məşq etdim. Amma bilirdim ki, bu inanılmaz an yaxınlaşır. Təbii ki, bunun baş verməyəcəyindən qorxdum, amma çox inandığım üçün gözlədim”, – Antoni bildirib.
Aut.az
