“Napoli”nin ulduzu “Qarabağ”a qarşı oynamayacaq
“Napoli”nin futbolçusu Romelu Lukaku Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı oynaya bilməyəcək.
Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı hücumçunun zədəli olmasıdır.
Zədəyə görə, onun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. İtaliya çempionu əvəzində “Mançester Yunayted”dən aldığı Rasmus Heylunnu sifariş edib. Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay oynaya bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.
