İngiltərə

“Yunayted” onu buraxmadı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Meynu getmək istəyinə baxmayaraq, klubda qalacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

“Yunayted” rəhbərliyi futbolçuya transfer pəncərəsinin son günündə komandadan ayrılmaq şansının olmadığını bildirib.

Bir gün əvvəl futbolçunun klubdan onu bir neçə dəfə icarəyə göndərməyi xahiş etdiyi barədə məlumat yayılmışdı. Səbəblər arasında kifayət qədər oyun vaxtının olmaması da var.

Aut.az