Azərbaycan futbolu

Püşkatma mərasiminin vaxtı bilindi

Futzal üzrə Yüksək və Birinci liqalarda 2025-2026-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı bəlli olub. 

Aut.az xəbər verir ki, Futzal Federasiyasının mətbuat xidməti mərasimin vaxtını və yerini açıqlayıb.

Püşkatma sentyabrın 8-də, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Qeyd edək ki, Yüksək Liqada 6 – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi İK”, “Şuşa”, U-19 və “Lənkəran”, Birinci Liqada isə 10 – “Baku Fire-2”, PFL, “Xan-Lənkəran-2”, “STAR kargo”, “Timsport”, “Atletiko Baku”, “Trabzon-Azərbaycan”, “Ulduz”, “Dəstə Ordubad” və “Yeni Suraxanı” komandaları iştirak edəcəklər.

Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan, Birinci Liqada isə 1 dövrədən və pely-off mərhələsindən ibarət olacaq.