Ture Premyer Liqa klubunda
Kot-d İvuar millisinin sabiq oyunçusu məşqçiliyə başladı. Söhbət “Arsenal”, “Mançester Siti”, “Liverpul”, “Seltik” kimi klublarda oynamış Kolo Turedən gedir.
Aut.az xəbər verir ki, sabiq müdafiəçi Çempionşipdə mübarizə aparan “Viqan”ın “sükanı arxasına” keçib. 3,5 illik müqavilə bağlayan Ture komandanı çətin vəziyyətdən çıxarmalı, daha sonra Premyer Liqaya yüksəltməlidi.
Kolo Ture daha öncə “Seltik”də, Kot-d İvuar millisində və “Lester”də köməkçi kimi çalışıb.
