Hörmətsizlikdir: İspanlardan gecə yarısı dopinq-test götürdülər
İspaniya basketbol millisinin baş məşqçisi Serxio Skariolo Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəhbərliyini gecə saatlarında idmançılardan dopinq testi götürdüyünə görə tənqid edib.
Aut.az xəbər verir ki, Skariolanın sözlərini “Eurohoops” sitat gətirib:
“Bu, mənim son çempionatımdır və mən elə bir vəziyyətdəyəm ki, uzun illər FİBA-nın himayəsi altında çalışdıqdan sonra assosiasiya rəhbərliyinə bəzi tövsiyələr verə bilərəm. Ard-arda iki oyun keçirən və yalnız gecə yarısı başa çatan oyundan sonra basketbolçulardan dopinq-test götürmək düzgün deyil.
Bu, son dərəcə hörmətsizlikdir. Bu qədər boş vaxt olduğu halda dopinq-testlər bundan əvvəl təyin oluna bilməzdi?”
Aut.az
