Dünya futboluTürkiyə

“Fənərbağça” “Spartak”dan rəsmi təklif alıb: Kimi istəyir?

 “Fənərbağça” “Spartak”dan mərkəz müdafiəçisi Aleksandr Ciku üçün rəsmi təklif alıb.

Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Elis Buse Araç məlumat yayıb.

Transfer, “Spartak” Ciku ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdıra bilsə, baş tutacaq. Maaşla bağlı danışıqlar hələ də davam edir.

Ciku “Fənərbağça”nın heyətində 75 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun Qana millisində 33 oyunda 2 qolu var.

Avqustun 8-də “Spartak”ın Ciku üçün 5 milyon avro təklif etdiyi bildirildi.

Aut.az