Dünya futbolu

Ailəsi qərar verdi: Jotanın millidəki nömrəsi ona veriləcək

Dioqo Jotanın millidə geyindiyi 21 nömrəli forma  yarımmüdafiəçi Ruben Nevesə veriləcək.

Aut.az xəbər verir ki, bu barədə Komandanın baş məşqçisi Roberto Martines məlumat verib.

Bu il iyulun 3-də Jota İspaniyanın Zamora əyalətində avtomobil qəzasında həlak olub. Qəzada Jota ilə birlikdə qardaşı Andre Silva da həlak olub.

“Dioqo birliyin təcəssümü idi. O, Dünya Kubokunu qazanmaq istəyirdi. Bu arzunu reallaşdırmaq üçün mübarizə aparacağıq. 21 nömrə Ruben Nevesə verilir. Jota hər zaman bizimlə olacaq. r: Ruben həmişə Dioqo ilə yaxın münasibətdə olub. O, bu nömrəni daşımaq üçün mükəmməl insandır. Bu, mənim və ya federasiyanın qərarı deyil. Bu, Dioqo Jotanın ailəsinin qərarıdır”, – “Daily Mail” Martinesdən sitat gətirib.

Roberto Martinezin yetirmələri DÇ-2026-nın seçmə mərhələsində Ermənistan (6 sentyabr) və Macarıstan (9 sentyabr) ilə qarşılaşacaq. Hər iki qarşılaşma səfərdə olacaq.

Aut.az