Futbolda qayda dəyişdi: Qapıçı topu 8 saniyədən artıq saxlasa…
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 2025/26 mövsümündən etibarən oyun qaydalarına dəyişiklikləri açıqlayıb.
Aat.az xəbər verir ki, əsas yenilik odur ki, qapıçının topu əlində saxlaya bilməsi ilə bağlı qaydada dəyişiklik olub.
Növbəti mövsümdən etibarən qapıçılar topu əllərində səkkiz saniyədən çox tuta biləcəklər. Son 5 saniyə hakim tərəfindən əl hərəkəti ilə hesablanmalıdır. Qayda pozulduğu halda, rəqib komanda künc zərbəsi qazanacaq.
Mövcud qaydalara görə, altı saniyədən çox gecikməyə görə cərimə zərbəsi verilir.
Aut.az
