Tarixdə ilk dəfə
Mərakeşin qadınlardan ibarət milli komandasının müdafiəçisi Nouhaila Benzina dünya çempionatının heyətində yer alan ilk hicablı futbolçu olub.
Aut.az xəbər verir ki, o, qadınlar arasında DÇ-2023-də Almaniyaya qarşı oyunu üçün Mərakeş milli komandasına heyətində yer alıb.
Benzina oyunöncəsi isinmə hərəkətləri zamanı və fasilədə meydanda olub. Lakin o, sona qədər ehtiyatda qalıb.
Xatırladaq ki, sözügedən görüş Almaniyanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
