Bu ölkə də Rusiya ilə oynamaqdan imtina etdi
Misir Futbol Assosiasiyası Rusiya millisi ilə mümkün yoldaşlıq görüşündən danışıb.
“Misir yığması sentyabrda FİFA pəncərəsində Tunislə yoldaşlıq oyunu keçirəcək. Rusiya ilə oynamaq mümkün deyil.
Gələcəkdə görüş təşkil etmək mümkündürmü? Hələlik biz FİFA-nın növbəti pəncərələri üçün oyunların təqvimini dərc etməmişik”, – deyə Misir Futbol Assosiasiyasının mətbuat xidməti “Sport24”-ün müxbirinə bildirib.
Bundan əvvəl Rusiya yığmasının Qətərlə yoldaşlıq oyunu keçirəcəyi məlum olub. Oyun sentyabrın 12-də Dohada keçiriləcək.
Aut.az
