Dünya futbolu

FİFA bu mükafatı onlayn təqdim edəcək

FİFA “The Best”in mükafatlandırma mərasimini onlayn formatda keçirəcək

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb

Mənbənin sözlərinə görə, FİFA bu qərarı həm kişi, həm də qadın futbolunda təqvimdə boş tarixlərin olmaması səbəbindən verib.

Bundan əlavə, təşkilatçılar əvvəlki mərasimdə baş vermiş vəziyyətin təkrarlanmasının qarşısını almaq istəyirlər. Həmin vaxt “The Best” kişi mükafatının üç finalçısından heç biri qala gecəsində iştirak etməyib.

Qeyd edək ki, qaliblər dekabrın 17-də elan olunacaq.