Kroos “Real”ın ən böyük problemini açıqladı
“Real”ın əfsanəvi yarımmüdafiəçisi Toni Kroos “kral klubu”nun ötən mövsümkü çıxışı barədə danışıb.
Aut.az xəbər verir ki, onun sözlərinə görə, komandanın əsas problemi güclü rəqiblərə qalib gələ bilməməsi olub.
“Ötən ilin böyük problemi əslində o idi ki, ‘Real’ heç güclü komandaya qalib gələ bilmədi. Bu, çox qeyri-adi idi”ş.
Qeyd edək ki, ötən mövsüm “Real” qitəmiqyaslı turnirlərdə uğursuz çıxış etsə də, qitələrarası kuboku və UEFA Superkubokunu qazanmağı bacarmışdı.
Aut.az
