Mbappe “Mourinyo gəlir” xəbərini bəyəndi, Arbelao belə reaksiya verdi
“Real Madrid” in baş məşqçisi Alvaro Arbeloa Kilian Mbappenin Joze Mourinyonun kluba qayıdışı ilə bağlı paylaşımı bəyənməsinə reaksiya verib.
Aut.az xəbər verir ki, fransız hücumçu sosial mediada Mourinyonun 2012-ci ildə Ronaldo və Özil ilə, daha sonra isə Mbappenin özü və Arda Gülərlə birlikdə şəklinin olduğu paylaşımı bəyənib.
“Marca” qəzeti Arbeloanın sözlərini sitat gətirib: “Mbappe Mourinyo, Culiya Roberts və istənilən şəxsin paylaşımlarını bəyənə bilər”.
Aut.az
