Qvardiola İPL klublarının xərclədiyi 2 milyarddan danışdı: Bu yalnız bizimlə bağlı deyil, düzdür?
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
Aut.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasında (İPL) klubların bir transfer pəncərəsində xərclər üzrə rekord yeniləməsinə münasibət bildirib:
“Görünür, bu yalnız “Siti” ilə bağlı deyil, düzdür? Klublar bu qədər pul xərcləyirlər, çünki sərt maliyyə feyr-pley qaydaları onlara bunu etməyə imkan verir.
Bilirəm ki, xərclərimiz tənqid olunur, amma mən bu prosesdə iştirak etməyəcəyəm. Hər kəs komandasının üçün ən yaxşısını etdiyini düşünür. Və bilirəm ki, bizim transfer balansımız son 10-11 ildə möhtəşəmdir. Maraqlananlar özləri baxa bilərlər!”
Qeyd edək ki, Premyer Liqa klubları yay transfer pəncərəsində ümumilikdə 2,3 milyard funt sterlinqdən çox pul xərcləyiblər.
Aut.az
