İngiltərə

“Yunayted”in onu almağa çalışmamağı cinayət idi – Skoulz kimi deyir?

Pol Skoulz “Mançester Yunayted”in transfer siyasətini tənqid edib.

Aut.az xəbər verir ki, “Yunayted”in əfsanəsi bu barədə İngiltərə mətbuatına danışıb.

“Hansı yarımmüdafiəçi ilə oynasa da – Kazemiro, Bruno, Maynu – Amorim hansı oyunçu kombinasiyasına cəhd etsə də, nəticə vermir. Bu, böyük problemdir. Bütün yayı düşünürdüm ki, prioritet oyuna nəzarət edə bilən mərkəz yarımmüdafiəçisi ilə müqavilə imzalamaqdır.

Qapıçı da ciddi problemdir. Onananın kifayət qədər yaxşı olmadığını başa düşmək üçün həqiqətən “Qrimsbi”yə uduzmaq lazım idimi? “Mançester Yunayted”in Canluici Donnarummanı almağa çalışmaması cinayət idi.

Skautlar hücumçuların imzalanmasına diqqət yetirdilər. Bu xəttin gücləndirilməsinə ehtiyac var idi, amma birdən üç oyunçu ilə müqavilə bağlamaq lazım idi? Əmin deyiləm”, – Skoluz deyib.

Aut.az