Azərbaycan futbolu

Tahir Gözəl: Azərbaycan gənclərinə səslənirəm, özünüzə inanın

“Bu böyük zəfəri xalqımıza yaşatdığımız üçün qürur hissi duyuruq”.

Aut.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözel Çempionlar Liqasının 1-ci turunda “Benfika” üzərində qazanılan qələbəni (3:2) şərh edərkən deyib. O, Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələrinə açıqlamasında qələbənin mənəvi dəyərlərə əsaslandığını bildirib:

“Azərbaycan gənclərinə səslənirəm, özünüzə inanın. Azərbaycanlı olmaq dünyadakı ən gözəl hədiyyədir. Əlbəttə “Qarabağ”ın sistemi, illərlə toplanan təcrübəsi var. Lakin bizim daxilimizdə, mədəniyyətimizdə olan mənəvi dəyərlər var. Bu qələbə “Qarabağ”ın içindəki birlik və bərabərliyin nəticəsidir.

Qarşımızda 9 oyunda uduzmayan komanda var idi. Büdcəsi bizdən qat-qat çox, 400 milyon avro idi. Klub rəhbəri dahi şəxsiyyət, futbol əfsanəsi olan Rui Koşta idi. Lakin “Qarabağ” Azərbaycan futbolunun gücünü, parlaqlığını bütün dünyaya göstərdi. Bu, böyük fəxrdir, daxilimizdə böyük qürur hissi var”.

Aut.az