Tramp DÇ-2026-nın püşkatma mərasiminin tarixini və yerini açıqladı
ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasiminin 5 dekabrda Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində keçiriləcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, o, bu barədə Ağ Evdə FIFA prezidenti Canni İnfantinonun iştirakı ilə bəyanat verib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksika stadionlarında keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
