İtaliya

“Atalanta” ulduz futbolçusunu cəzalandırdı

“Atalanta” klubunun rəhbərliyi nigeriyalı hücumçu Ademolu Lukmanı komandada məşqlərə qatılmaması səbəbindən cəzalandırmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Janluka Di Marzio məlumat verib.

Avqustun əvvəlində “İnter” Lukmanı transfer etmək üçün fəal çalışırdı və hücumçu da Milan klubuna keçidə maraqlı idi. Buna görə də o, müəyyən müddət məşq bazasına gəlmədi və həm məşqlərdə, həm də oyunlarda iştirak etmədi.

Lakin “İnter” “Atalanta” ilə transfer məbləği barədə razılığa gələ bilmədi. Bir neçə gün əvvəl Milan klubu Lukmanın agentlərinə transfer danışıqlarının dayandırıldığını bildirdi.

Bundan sonra nigeriyalı oyunçu məşq bazasına qayıtdı, amma klub onun geri dönməsini böyük həvəslə qarşılamadı. Bergamo rəhbərliyi onun davranışını cəzalandırmaq qərarına gəldi. Lukman məşqlərə və yoldaşlıq oyunlarına qatılmadığı günlər üçün cərimələnəcək və maaşı ödənilməyəcək. Transfer pəncərəsi bitənə qədər hücumçu ayrıca məşq edəcək, bu müddətdə “Atalanta” onun üçün xaricdə potensial alıcı axtaracaq.

Qeyd olunur ki, Bergamo klubbbybu Lukmanı “İnter”ə buraxmamasının səbəbi A Seriyasındakı rəqibini gücləndirmək istəməsidir.