“Siti” onunla yeni müqavilə imzalayacaq
“Mançester Siti” müdafiəçisi Riko Lyuislə müqavilənin yenilənməsi üzrə razılığa gəlmək üzrədir.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Məlumata görə, 20 yaşlı futbolçu ilə müddəti 2030-cu ilə qədər yeni sözləşmə imzalanacaq. Onun mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Lyuis “Mançester Siti”nin yetirməsidir və əsas komandada 2022-ci ildən çıxış edir. 2024/25 mövsümündə o, 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
