İtaliya

“Milan” tanınmış futbolçusunun müqaviləsini ləğv edəcək

Məşhur belçikalı hücumçu Divok Oriqi yaxın vaxtlarda “Milan”dan azad agent statusu ilə ayrılacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat verib. Onun sözlərinə görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni vaxtından əvvəl ləğv etməyə yaxındırlar. Originin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və onun illik maaşı 2,5 milyon avrodur. Gözlənilir ki, 30 yaşlı hücumçu 2 milyon avro kompensasiya alacaq.

Oriqi 2022-ci ilin yayında “Liverpool”dan azad agent kimi “Milan”a keçmişdi. 2023/24 mövsümünün ikinci yarısını İngiltərənin “Nottingham Forest” klubunda icarədə keçirib. Cari mövsümdə isə əsas komandada bir matç belə oynamayıb və “rossoneri”nin ehtiyat komandasına göndərilib.