Alonso onun gələcəyindən danışdı: Bu baş verəcək
“Aston Martin” sürücüsü Fernando Alonso ümid edir ki, komandanın ehtiyat pilotu Felipe Drugoviç haradasa Formula 1-də əsas pilot kimi şans qazanacaq.
Aut.az xəbər verir ki, əvvəllər bəzi KİV-lər ABŞ komandası “Cadillac”ın 2026-cı ildə Formula 1-ə qoşulacağını və Drugoviçə maraq göstərdiyini xəbər vermişdi.
“Onu Formula 1-də görmək gözəl olardı. O, Formula 2-də artıq nümayiş etdirdiyi inanılmaz istedada malikdir. Biz bunu hər gün onunla işləyərkən görürük, simulyatorda, sərbəst məşqlərdə… O, həmişə nəticəsini göstərib. Onu əsas pilot kimi sükan arxasında görmək maraqlı olardı. Ümid edirəm ki, bu baş verəcək”, – deyə Alonso bildirib.
