İspaniya

Levandovski “Barselona”da oynamaq üçün fantastiki təklifi rədd edib

“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi futbolçunun bir il əvvəl Kataloniya klubunda oynamaq üçün hansı məbləğdən imtina etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Levandovskiyə mövsümə 100 milyon avrodan çox təklif olunub. Lakin o, La Liqa və Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmağı üstün tutub.

2024/25 mövsümündə “Barselona” həm İspaniya çempionu, həm də ölkə kubokunun sahibi olub, Çempionlar Liqasında isə yarımfinalda “İnter”ə uduzub.