Almaniya

“Bavariya” onun uğrunda mübarizəyə qoşulur

“Bavariya” “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə Florian Plettenberq məlumat yayıb.

Belə bir transferin mövcud transfer pəncərəsi bağlanana qədər baş tutma ehtimalı böyük ölçüdə “Bavariya”nın “Ştutqart”dan Nik Voltemadeni almaq uğrunda mübarizəyə qayıdıb-qayıtmayacağından asılıdır. Nkunku “pivəçilər”ə keçməyə hazırdır, lakin ona bir neçə klub da maraq göstərir.

Cari ilin yanvarında hücumçu artıq Münhen təmsilçisi ilə şifahi razılıq əldə etmişdi, lakin həmin vaxt transfer baş tutmamışdı. Fransa futbolçusu ilə həmçinin “Leypsiq” də maraqlanır və onu icarəyə götürmək istəyir. Lakin həm “Çelsi”, həm də Nkunku tam transferin tərəfdarıdır.

Xatırladaq ki, “Çelsi” Kristofer Nkunkunu 2023-cü ilin yanvarında transfer etmişdi. Bu satışdan “Leypsiq” 60 milyon avro qazanmışdı. Lakin hücumçu ardıcıl zədələr səbəbindən heyətdə möhkəmlənə bilməyib. İngiltərədə keçirdiyi 2,5 il ərzində Nkunku 62 oyuna çıxıb, 18 qol və 5 asistlə yadda qalıb.