Dünya futboluAlmaniya

“Əl-Nəsr” ona görə “Bavariya”ya 35 milyon ödəməyə hazırdır

“Bavariya”nın cinah hücumçusu Kinqsli Komanın “Əl-Nəsr” klubuna keçməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, Səudiyyə klubu 29 yaşlı fransalı futbolçu üçün, bonuslar da daxil olmaqla, 35 milyon avro ödəməyə hazırdır. Komanla müqavilənin 2028-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.

Fransa millisinin üzvü 2017-ci ilin yayından Münhen klubunda çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 339 oyuna çıxıb, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.

Aut.az