Basketbol

Fırıldaqçılar əfsanənin adı ilə milyonlar topladılar

Yeni Zelandiyadan olan Aleksandr Tuiro və Aroxa adlı ər-arvad maliyyə piramidası yaratmaqda və bu məqsədlə NBA əfsanəsi Maykl Cordan haqqında yalan məlumat yaymaqda ittihamlarını etiraf ediblər.

Aut.az xəbər verir ki, bu barədə “Radio New Zealand” məlumat verib.

Cütlük yalan vədlərlə 60-dan çox investoru aldadıb. Onlar layihələrə Cordan və digər tanınmış şəxslərin sərmayə qoyduğunu iddia edirdilər, lakin bu, həqiqətə uyğun olmayıb. Ümumilikdə, dələduzlar 2,3 milyon dollar toplayıblar.

Əldə edilən vəsaitin bir hissəsi digər investorların ödənişlərinə, qalanı isə cütlüyün şəxsi xərclərinə yönəldilib. 2014-cü ilin mayından 2021-ci ilin mayına qədər fəaliyyət göstərən sxem, vəsait çıxarma tələbləri sürətlə artmağa başlayanda çöküb. Ər-arvada noyabr ayında hökm oxunacaq.

Aut.az