Basketbol

Azarkeşlər prezidentə qarşı çıxan basketbolçuya belə dəstək oldular – VİDEO

Avroliqanın “Srvena Zvezda” – “Panatinaikos” matçında meydan sahiblərinin azarkeşləri bir neçə gün əvvəl hökumət əleyhinə etirazlara görə saxlanılan keçmiş basketbolçu Vladimir Ştimaca dəstək aksiyası keçiriblər.

Aut.az xəbər verir ki, bu barədə “Sportklub.n1info.rs” məlumat yayıb.  Ştimac və həyat yoldaşı sosial şəbəkələrdəki səhifələrində pərəstişkarlarının şüarlarının videosunu yerləşdiriblər.

Olimpiadanın gümüş mükafatçısı “X” sosial şəbəkəsində bunları yazıb: “Srvena Zvezda” mənim üçün hər şeydir, mənim həyatımdır!!!! Sən mənim “Qırmızı Ulduzumsan”.

Aut.az