Basketbol

Yığmanın sabiq baş məşqçisi öldü

Fransa kişi basketbol komandasının keçmiş baş məşqçisi Fransis Jordan çərşənbə axşamı 79 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Fransa Basketbol Federasiyasının (FFBB) mətbuat xidməti məlumat yayıb.

O, 1988-1993-cü illərdə komandaya rəhbərlik edib.

1981-ci ildə Jordan Fransanın yeniyetmələrdən ibarət milli komandasında işləmək təklifi aldı və üç ildən sonra o, böyüklərdən ibarət milli komandada Jan Qallın köməkçisi olub.

1988-ci ildə Qallın gedişindən sonra milli komandanın idarəçiliyi Jordana həvalə olunub. Onun fəaliyyəti dövründə milli komanda üç dəfə Avropa çempionatında iştirak edib və 1991-ci ildə dördüncü yeri tutub.

Məşqçiliklə yanaşı, Fransis oyunçular üçün təlim kitabçaları yazıbr, basketbol hadisələrini şərh edib.

FFBB Jordanın ailəsinə və dostlarına başsağlığı verib, onun Fransa basketbolunun inkişafına verdiyi töhfəni və bir neçə nəsil oyunçu və məşqçilərə təsirini vurğulayıb.

Aut.az