Azərbaycan millisi Avropa çempionatının finalında
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda Azərbaycan millisi yarımfinal oyununa çıxıb.
Aut.az xəbər verir ki, milli finala gedən yolda Gürcüstanla qarşılaşıb. Görüş Azərbaycan yığmasının 74:72 hesablı əzmkar qələbəsi ilə başa çatıb və finala yüksəlib.
Milli həlledici görüşdə Andorra ilə qarşılaşacaq. Oyun bu gün 21:30-da başlayacaq.
