“Neftçi” daha bir mərkəz müdafiəçisi transfer etdi
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, “ağ-qaralar” “Sepsi”dən ayrılan Mark Tamaşı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Macarıstanlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Mark “Neftçi”də 4 nömrəli formanı geyinəcək.
“Transfermarkt”da dəyəri 550 min avro olan Tamaş 2021-ci ildə Macarıstan yığmasında debüt edib. O, millidə 1 oyuna çıxıb.
