“Qalatasaray” Moratanı yola saldı: Bu qədər təzminat alacaq
“Qalatasaray”ın mətbuat xidməti hüquqları “Milan”a məxsus olan ispaniyalı hücumçu Alvaro Morata ilə müqaviləyə xitam verdiyini açıqlayıb .
Aut.az xəbər verir ki, klubun mətbuat xidməti “Morata, “Qalatasaray”a sədaqətinə görə təşəkkür edirik. Gələcək karyeranda uğurlar!” yazıb.
Qeyd olunur ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Bununla bağlı “Milan” Türkiyə klubuna 5 milyon avro məbləğində təzminat ödəyəcək. Daha əvvəl mətbuatda Moratanın təxminən bir ay əvvəl şərtləri razılaşdırdığı İtaliyanın “Komo” klubuna transferi başa çatdıra biləcəyi barədə xəbərlər yayılmışdı.
2025-ci ilin fevral ayından etibarən 32 yaşlı ispaniyalı “Milan”dan “Qalatasaray”a icarəyə verilib, icarə müddəti 2026-cı ilin yanvarında bitəcəkdi. Morata türk klubunda 16 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt! saytına görə futbolçunun təxmini dəyəri 11 milyon avrodur.
Aut.az
