AlmaniyaDünya futbolu

Əfsanə üsyan etdi: Baş verənlər barədə nə vaxt sual verməyə başlayacaqlar?

“Bavariya”nın əfsanəsi və klubun fəxri prezidenti Uli Höness müasir futboldakı transfer məbləğlərinə təəccübünü ifadə edib.

Aut.az xəbər verir ki, o, “Kicker” nəşrinə açıqlamasında bu sözləri deyib:

“Mən son bir yarım-iki ayda Avropa futbolunda baş verənlərdən şokdayam. Premyer Liqadakı transferlər tam dəllilikdir, əsl dəlisovluqdur. İnsanlar baş verənlər barədə nə vaxt sual verməyə başlayacaqlar? Almaniya futbolu başqa istiqamətdə inkişaf edir. Eyni yola düşməməlidir.

Mən 2-3 min dollar qazanıram, amma futbolda orta səviyyəli oyunçulara 30-50 milyon avro xərclənir. Bundesliqa nümunə göstərməlidir. Biz öz gücümüzü göstərməli və ərəblərin, yaxud amerikalı fondların pullarından imtina etməliyik”.

Aut.az