Dünya futbolu

“Liverpul”un sabiq futbolçusu Gürcüstan klubunda

Fransa millisinin və İngiltərənin “Liverpul” klubunun sabiq müdafiəçisi Mamadu Sako Kutaisi “Tarpedo”sunun futbolçusu olacaq.

Aut.az xəbər verir ki, bu barədə Gürcüstan klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu tibbi müayinədən keçmək üçün bu gün – iyunun 12-də Tbilisiyə gələcək. İyunun 13-də isə o, “Torpedo” ilə müqavilə imzalayacağı təqdimat mərasimində iştirak edəcək.

Xatırlayaq ki, Sako 2013-cü ilə qədər oynadığı PSJ-nin yetirməsidir. Bundan sonra 2016-cı ildə 19 milyon avroya “Liverpul”a keçib. Mamadu dopinq qalmaqalı yaşayıb. Bundan sonra “Kristal Pelas”a icarəyə verilib. Bir il sonra “qartallar” onu 28,2 milyon avroya alıb. Onun sonuncu klubu “Monpelye” olub və 2023-cü ilin payızında baş məşqçi ilə dalaşdıqdan sonra Fransa komandasından ayrılıb.

Gürcüstan çempionatının cari mövsümünün 14 turundan sonra “Torpedo” 23 xalla dördüncü pillədə qərarlaşıb.

Aut.az