Dünya futbolu

Gürcü futbolçu Fransa nəhənginin təklifini qəbul etdi

“Ayaks”ın hücumçusu Georges Mikautadze “Monako”nun təklifini qəbul edib.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

23 yaşlı gürcü futbolçuya transfer bazarında, xüsusən də Fransada böyük tələbat var idi. Keçid üçün təzminatın məbləği 15-20 milyon avro ola bilər.

Mikautadze Lionda anadan olub. O, karyerasının böyük hissəsini “Mets”də keçirib. 2023-cü ilin yayında hücumçu “Ayaks” tərəfindən 16 milyon avroya alınıb və 6 ay sonra klub onu yenidən “Mets”ə icarəyə verib.

2023/24 mövsümündə Mikautadze Fransa çempionatında 20 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az