Azərbaycan futboluDünya futbolu

Mutu “Neftçi”dən ayrılır?

Adrian Mutu “Neftçi”nin baş məşqçi postundan ayrıla bilər.

Aut.az xəbər verir ki, 44 yaşlı mütəxəssis ÇFR klubunun maraq dairəsinə düşüb. Bu barədə “newscj.ro” məlumat yayıb.

Bildlirli ki, hazırkı baş məşqçi Andrea Mandorlininin işindən narazı olan Kluj təmsilçisinin prezidenti Nelu Varqa onu məhz Mutu ilə əvəzləmək istəyir. İddiaya görə, ÇFR klubunun rəhbəri rumıniyalı mütəxəssislə danışıqlara başlamaq üçün qış fasiləsini gözləyir.

Qeyd edək ki, Adrian Mutu cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Onun rəhbərlik etdiyi komanda 13 turdan sonra 18 xalla 6-cıdır.