“Qarabağ”ın oyunu ilk dəfə Laçın kinoteatrında
“Qarabağ”ın oyunu azad olunan Laçın şəhərində kinoteatrda yayımlanacaq.
Aut.az xəbər verir ki, bu haqda şəhərdə yerləşdirilən elanlarda bildirilib. Noyabrın 30-da Avropa Liqasının “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan) matçı “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın oyunu ilk dəfədir Laçında kinoteatrda nümayiş etdiriləcək.
Xatırladaq ki, “Mölde” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Giriş pulsuz olacaq.

