Yeni mövsüm haqda danışdı: Revanş alacağıq
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Leni Yoro İngiltərə Premyer Liqasının yeni mövsümü ərəfəsində açıqlama verib.
Aut.az xəbər verir ki, fransalı futbolçu ESPN-ə açıqlamasında bu sözləri deyib:
“Keçən mövsümdə etdiyimiz hər şey bizim səhvimiz idi. Əgər sən ‘Mançester Yunayted’də oynayırsansa, turniri 15-ci yerdə başa vura bilməzsən. Azarkeşlər bunu başa düşür, hamı bunu anlayır. Bu mövsüm fərqli olmalıdır. Keçən fəlakət üçün revanş gözləyirik”, – deyə Yoro bildirib.
Xatırladaq ki, “Mançester Yunayted” 2024/25 mövsümünü Premyer Liqada 15-ci pillədə başa vurmuşdu. Bu, son 50 ilin ən pis nəticəsi olub.
Komanda yeni mövsümə avqustun 17-də “Arsenal”a qarşı oyunla başlayacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Aut.az
