Ulduz oyunçu Ceki Çandan kunq-fu dərsi aldı – FOTO/VİDEO
“Qolden Steyt Uarriors” klubunun ulduz hücumçusu Cimmi Batler yay fasiləsində Çində səfərdə olarkən əfsanəvi aktyor Ceki Çandan kunq-fu dərsi alıb.
Aut.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Bildirilib ki, 35 yaşlı basketbolçu bu yay tətilini həm istirahət, həm də fərdi inkişaf baxımından səmərəli keçirir. Çində baş tutan görüş zamanı “Oskar” mükafatçısı Ceki Çan “Uarriors”un oyunçusuna kunq-fu üzrə qısa master-klass keçirib. Klub bu unikal anlardan foto və videoları da sosial şəbəkə hesablarında izləyicilərlə bölüşüb.
Cimmi Batler “Qolden Steyt”ə 2025-ci ilin fevralında qoşulub. 2024/25 mövsümünün ikinci yarısında o 30 oyunda iştirak edərək orta hesabla 17,9 xal, 5,5 ribaund və 5,9 asistlə yadda qalıb.
Aut.az
Bu gönderiyi Instagram’da gör
