Dünya futbolu

“Əl-Nəsr” onu istəyir: Ronaldonu işə qoşacaqlar  

Meyson Qrinvud “Əl Nəsr”ə keçə bilər.

Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Səudiyyə klubu “Marsel”in yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir.

Meysonun fransızlarla müqaviləsi 2029-cu ilə qədərdir.

Qeyd olunur ki , “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo onun keçidində əsas rol oynaya bilər. Əvvəllər futbolçular “Mançester Yunayted”də birgə çıxış ediblər.

Qrinvud ötən mövsüm Liqa 1-də 34 oyuna çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə verib.

Aut.az