İngiltərə millisinin və “Liverpul”un futbolçusu Stiven Cerradı, yəqin ki, yaxşı xatırlayırsınız. O, peşəkarlığı ilə milyonlarla futbolsevərin sevimlisinə çevrilib. Xarakteri də bu məsələdə böyük rol oynayıb.
Sabiq yarımmüdafiəçi karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərib. “Reyncers”dəki uğurlarından sonra Premyer Liqa təmsilçisi “Aston Villa”nın sükanı arxasına keçsə də, bu mövsüm işləri heç də yaxşı getməyib. Birmingem təmsilçisindən ayrıldıqdan sonra nüfuzlu “Sky Sports” kanalında ekspert-şərhçi kimi çalışır.
Bir oğlu və üç qızı olan Cerrard şəxsi həyatı ilə çox az-az gündəmə gəlib. Ancaq böyük qızı Lilli-Ella atasından fərqli olaraq, işi ilə deyil, sosial şəbəkələrdəki fotoları ilə gündəmə gəlir. Bu yaxınlarda onun 19 yaşı tamam olub.
O, artıq sərbəstliyin dadını çıxarır. Fotoları ilə sosial şəbəkələri alt-üst edir. Lilli 2004-cü ildə Liverpulda anadan olub. Həmin vaxt atası Stivenin 23 yaşı var idi. O, hələ Çempionlar Liqasını belə qazanmamış və Dünya Kubokunda debüt etməmişdi.
Lilliyə gəlincə, onu məşhur edən şəxsi həyatıdır. O, səyahət etməyi sevir. Müntəzəm olaraq Los-Anceles, London, Dubay, İbitsa və digər turistik yerlərdən şəkillərini paylaşır. Sosial şəbəkə səhifələrində çox sayda izləyici toplayıb. Buna görə tanınmış moda markaları ilə reklam müqaviləsi imzalayıb.
Lilli bu anlaşmalar sayəsində özünü maddi baxımdan təmin edə bilir. Ancaq şan-şöhrətli atası olmasaydı, bu qədər şöhrət qazana bilməzdi. Eyni zamanda, yolunu davam etdirdiyi anası Aleks Cerrard da onun bu uğurunda pay sahibidir. O, tanınmış britaniyalı model və moda köşə yazarıdır.
Lilli artıq şəxsi həyatı ilə Britaniya mətbuatının gündəmindən düşmür. O, irlandiyalı mafia başçısı Lyam Börnin oğlu ilə görüşür. Li atasının hərəkətlərinə görə məsuliyyət daşımır, ona görə də Cerrard qızının bu oğlanla münasibətinə qarşı deyil.