Dünya futbolu

Ronaldo “Real”ın əfsanəsini yanına çağırır

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ispan müdafiəçi Serxio Ramosu kluba dəvət etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Lakin mənbənin sözlərinə görə, 38 yaşlı futbolçu hazırda karyerasını MLS-də davam etdirməyə daha çox meyllidir. Daha əvvəl “San Dieqo”nun onunla maraqlandığı bildirilmişdi .

2023/24 mövsümündə Serxio Ramos “Sevilya”nın heyətində 37 oyun keçirib, 7 qol və 1 məhsuldar ötürmə edib. O, indi azad agentdir və Transfermarkt portalı oyunçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Aut.az