Basketbol

Qadınların basketbol oyununda unikal nəticə

Serbiyanın qadınlardan ibarət U-20 yığması 20 yaşadək basketbolçulardan ibarət komandalar arasında Avropa çempionatının (B divizionu) qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən oyunda Albaniya yığmasını 116:22 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki,avqustun 3-də baş tutan oyun 94 xallıq fərqlə başa çatıb.

Serbiyanın U20 komandası A Divizionuna yüksəlməyə iddialılardan biridir. B Divizionunda 20 yaşadək komandalar arasında Avropa çempionatı FİBA-nın himayəsi altında keçirilir. Qrup mərhələsinin nəticələrinə əsasən, ən yaxşı komandalar daha güclü diviziona yüksəlmək üçün pley-offda mübarizəni davam etdirəcək.

Aut.az