Əfsanə ayrılıq qərarını açıqladı: Hara gedir?
Son Hın Min “Tottenhem”dən ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Son bu barədə sosial şəbəkədə yazıb.
“Bu, həyatımın ən çətin qərarlarından biri idi, amma düşünürəm ki, doğru zamanda verilib. Ümid edirəm ki, hər kəs bu qərarı anlayacaq və hörmət edəcək.
Mən Şimali Londona 23 yaşlı, hətta ingiliscə danışa bilməyən gənc kimi gəldim və bu klubu böyüklər kimi tərk edirəm və çox fəxr edirəm”, – Son yazıb.
Cənubi Koreya millisinin futbolçusunun “Los Ancelesə” keçə biləcəyi bildirilir. 33 yaşlı forvard 2015-ci ildən London klubunda çıxış edir.
Aut.az
