Levandovskidən etiraf: MY-yə transferi niyə baş tutmayıb?
“Barselona”nın hücumçusu Robert Levandovski karyerası ilə bağlı maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, 12 il əvvəl “Borussiya Dortmund”da çıxış edərkən Premyer Liqa oynamağa yaxın olduğunu etiraf edib:
“2012-ci ildə “Mançester Yunayted”ə keçməyə “hə” dedim. Ser Aleks Ferqyusonla söhbəti xatırlayıram… Sən ona yox deyə bilməzdin. Lakin “Borussiya” təklifi rədd etdi”.
Qeyd edək ki, Levandovski 2010-2014-cü illərdə Dortmund klubunda çıxış edib, sonra isə “Bavariya”ya keçib.
Aut.az
