8 ildə ilk dəfə “beşlik”də olmayacaq
UFC təşkilatı reytinq cədvəllərində yenilənmə edib.
Aut.az xəbər verir ki, orta çəki dərəcəsində çıxış edən Niderland təmsilçisi Renye de Ridder, Robert Uittaker üzərində qazandığı qələbə sayəsində ilk dəfə olaraq bu çəki dərəcəsinin “ilk beşliyinə” daxil olub.
Uittaker isə reytinqdə iki pillə geriləyərək yeddinci sıraya düşüb. “MMA on Point”in məlumatına görə, bu, avstraliyalı döyüşçünün son 8 il 3 ay 11 gündə ilk dəfə olaraq orta çəki üzrə top-5-dən kənarda qalmasıdır.
Xatırladaq ki, Robert Uittaker 2014–2018-ci illər arasında 9 döyüş ardıcıl qələbə qazanaraq UFC çempionu olmuşdu. Lakin sonradan o, titulu İsrail Adesanyaya uduzaraq itirmişdi.
Aut.az
