Gürcünü təhqir etdi: Əxlaqsız qadın kimi oturdun
Peddi Pimblett gürcü-ispan döyüşçü İlya Topuriyanın Castin Qetceyə məğlubiyyətini şərh edib.
Aut.az xəbər verir ki, Pimblett sosial mediada gürcünü ələ salaraq yazıb:
“Etməli olduğun tək şey mənimlə beş raund döyüşən 38 yaşlı bir oğlanı məğlub etmək idi. Bunun əvəzinə, sən təslim oldun, əxlaqsız bir qadın kimi stulda oturdun. Mən əsl döyüşçüyəm və beş raund davam gətirdim, sən isə balaca saxtakarsan, Çorizo!”
“Təbrik edirəm, Castin. Çempionluq titulu uğrunda revanş?”
Xatırladaq ki, britaniyalı bu ilin yanvar ayında UFC 324- də Qetceyə məğlub olmuşdu.
Həmin məğlubiyyətdən sonra Topuriya sosial mediada Pimblett haqqında yazmışdı: “Balaca kolbasa, sadəcə 38 yaşlı bir oğlanı məğlub etməli idin. Həyatının ən böyük maaşını itirdin. Qalib gəlsəydin, varlı olardın”.
Gürcü-ispan döyüşçüsü Ağ Evdə keçirilən “UFC Freedom 250” turnirində amerikalıya texniki nokautla məğlub olub və karyerasında ilk məğlubiyyətini alıb, yüngül çəkidə titulunu itirib.
Aut.az
