Qaydasız döyüş

Belə şeylərə tüpürmək də istəmirəm – Uayt o məktub haqda

UFC rəhbəri və “Zuffa Boxing” promouteri Deyn Uayt “Golden Boy” promotions şirkətinin Rayan Qarsiya və Konor Benn arasında potensial döyüşlə bağlı əlaqələrə görə ona göndərilən məktubla bağlı xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, “Fight Club 24/7” Uaytdan sitat gətirib:

“Mən bu barədə heç nə bilmirəm. Əgər göndərdiklərini deyirlərsə,  deməli, çox güman ki, gəlib. Amma mən bu barədə heç nə bilmirəm. Mən belə şeylərə tüpürmək də istəmirəm. Onlar Ağ Evin yaxınlığındakı turnirimi pozmağa çalışdılar, bilirsinizmi? Deməli, belə şeylər məni heç narahat etmir”.

Daha əvvəl bildirilmişdi ki, “Golden Boy” şirkəti Deyn Uayta məktub göndərərək, promouterləri olduğu Rayan Qarsiya ilə mümkün döyüşün təşkili ilə bağlı bütün əlaqələri dayandırmasını tələb edib.

Aut.az