İspaniya

“Real” təklif etdi, ulduz futbolçu müqaviləni pozmaqdan imtina etdi

“Real” klubu 33 yaşlı müdafiəçi David Alabayla müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparıb.

Aut.az xəbər verir ki, Bu barədə AS nəşri məlumat yayıb.

Məlumata görə, klub müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olan futbolçuya maaşının bir hissəsini ödəməklə yolları ayırmağı təklif edib. Lakin avstriyalı müdafiəçi bu təklifi qəbul etməyib və müqavilə üzrə ona çatan məbləğin tam şəkildə ödənilməsini istəyib.

Xəbərdə bildirilir ki, Alaba “Real”da ən yüksək maaş alan ikinci futbolçudur. Onun illik qazancı vergilər çıxılmadan 22,5 milyon avrodur.

David Alaba 2021-ci ilin yayında “Real”a transfer olunub. Bu müddət ərzində o, bütün turnirlərdə 116 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının məlumatına əsasən, müdafiəçinin hazırkı bazar dəyəri 6 milyon avrodur.

Aut.az