“Real”ın gənc ulduzunun transferi niyə baş tutmadı?
“Real Sosyedad” klubu “Real”ın hücumçusu Endrikin icarəsi ilə bağlı razılığa yaxın olub, lakin futbolçunun zədələnməsi səbəbindən transfer baş tutmayıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Arança Rodrigez məlumat verib.
Mənbənin sözlərinə görə, 19 yaşlı braziliyalı Madrid klubunda qalacaq. Onun “Real”la 2030-cu ilə qədər müqaviləsi var. “Transfermarkt” saytında futbolçunun dəyəri 35 milyon avro olaraq göstərilir.
İyul ayında Endrik zədə alıb və 2–2,5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
2024/25 mövsümündə o, bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
